Respublika çempionatında birinci dövrə başa çatıb

Respublika çempionatında birinci dövrə başa çatıb

Həndbol üzrə respublika çempionatında birinci dövrəyə yekun vurulub. SİA-nın məlumatına görə, ilk dövrənin sonuncu günündə iki matç baş tutub. Kişilər arasında oynanılan qarşılaşmalarda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası "Nəsimi"yə 26:23, "Məhsul" klubu isə "Təhsil"ə 32:16 hesabı ilə qalib gəlib.

İlk dövrənin nəticələrinə əsasən, qadın komandalar arasında "Azəryol" 6 xalla turnir cədvəlinə liderlik edir. "Nur" 4 xalla ikinci, "Qarabağ" 2 xalla üçüncüdür. Xal toplamayan "Gənclər Birliyi" sonuncu pillədə qərarlaşıb. Kişi həndbol komandalarından isə aktivində 6 xal olan "Məhsul" klubu turnir cədvəlinin birincisidir. "Təhsil" 4 xalla ikinci, 2 xala malik RİOEUGİM üçüncü pillədədir. Sonuncu yerdə qərarlaşan "Nəsimi" komandasının isə aktivində xal yoxdur.

Həndbol üzrə ölkə çempionatının ikinci dövrəsinə martda start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə