"Rəqib azarkeşlərin hansısa təxribatını görmədim"

"Rəqib azarkeşlərin hansısa təxribatını görmədim"

Premyer Liqanın XIX turunda "Qarabağ" üzərində 2:0 hesablı qələbə qazanan "Qəbələ" klubunun vitse-prezidenti jurnalistlərin suallarını cavablandırıb. apasport.az xəbər verir ki, klub rəsmisi oyunun gedişində həbs edilən azarkeşlə bağlı açıqlama verib.

- Demək olarmı ki, nəhayət normal hakim idarəçiliyi olan bir oyun izlədik?

- Belə deyək də, hər iki komandanın ifasında gözəl oyun izlədik. Hər iki komandanın azarkeşləri məni sevindirdilər. Bəzi çatışmazlıqlar da var idi ki, gərək olmasın. Ancaq maraqlı görüş idi.

- "Qarabağ" azarkeşləri oyunun gedişində müəyyən təxribatlara əl atırdılar. Bu hal diqqətinizi çəkdimi?

- Nə bizim, nə də rəqib azarkeşlərin hansısa təxribatını görmədim. Əksinə, komandalarına dəstək olduqları üçün onlara təşəkkür edirəm.

- Azarkeşlərdən birini polis apardı...

- Zəng vurdum, düşünürəm ki, onun hansısa günahı yoxdu. Vaxt olmadı, ancaq maraqlanacam

Bütün xəbərlər Facebook səhifəmizdə