Elçin Səfərov: "Bakı 2017”də 12500-ə yaxın könüllü iştirak edəcək" AÇIQLAMA

Elçin Səfərov: "Bakı 2017”də 12500-ə yaxın könüllü iştirak edəcək" AÇIQLAMA

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına təxminən 4 minə yaxın idmançının gələcəyini gözləyirik. Ancaq elə ölkələr var ki, iştiraklarını təsdiqləsələr də, idmançıların saylarını təsdiqləməyiblər. Ona görə, bu rəqəmi dəqiq demək hələ tezdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

Onun sözlərinə görə, "Bakı 2017"nin açılış və bağlanış mərasimlərində iştirak üçün 4400 könüllü qeydiyyatdan keçib: "Onlar martın 6-dan məşqlərə başlayacaqlar. Oyunların əməliyyat könüllülərinin sayı isə 8 min nəfər olacaq. Ümumilikdə "Bakı 2017"də 12500-ə yaxın könüllü iştirak edəcək. "Bakı 2015" I Avropa Oyunlarına beynəlxalq könüllülər dəvət olunmuşdu və yaxud onlar öz hesablarına gəlirdilər. "Bakı 2017"də isə idman təcrübəsi olan və könüllü kimi fəaliyyət göstərmək istəyən əcnəbi vətəndaşlar bizə müraciət edib akkreditasiyadan keçməlidirlər".

O, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları haqqında da danışıb: "Futbol yarışlarının mayın 8-də başlanması nəzərdə tutulub. Bu yarışlarda 8 ölkənin yığma komandası mübarizə aparacaq. Bəlkə də IV İslam Həmrəyliyi Oyunlarında futbol populyarlığına görə 1-2-ci yeri tutacaq. Biz çox ciddi hazırlaşırıq ki, stadionlarda azarkeşlər tam istirahət edə bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə