"ABU-Arena"da qadınlar və kişilər arasında həndbol üzrə ölkə çempionatı davam edir. SİA-nın məlumatına görə, ilk yarış günündə birinci dövrənin 3 görüşü keçirilib. Qadınlar arasında keçirilən qarşılaşmalarda "Qarabağ" "Gənclər Birliyi"nə 34:20, "Azəryol" klubu "Nur" komandasına 24:21 hesabı ilə qalib gəlib. Kişilər arasında baş tutan yeganə matçda isə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası "Təhsil" klubuna 21:27 hesabı ilə məğlub olub.
Xatırladaq ki, həndbol üzrə ölkə çempionatının birinci dövrəsi fevralın 19-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB