PFL Premyer Liqanın təqvimində dəyişiklik etdi

PFL Premyer Liqanın təqvimində dəyişiklik etdi

AFFA Peşəkar Futbol Liqasına müraciət edərək, 07 mart – 09 mart 2017-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində milli komandanın toplanış eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Topaz Premyer Liqasının XXII turunda dəyişiklik edilməsini xahiş edib. SİA-nın məlumatına görə, milli komanda amilini nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib:

Topaz Premyer Liqasının XXII turunun "Kəpəz" - "Zirə" və "İnter" - "Sumqayıt" matçları 11 mart tarixindən 13 mart tarixinə, "Qarabağ" – AZAL və "Neftçi" – "Qəbələ" matçları 12 mart tarixindən 14 mart tarixinə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə