FHN əməkdaşı çempionatda 3-cü oldu

FHN əməkdaşı çempionatda 3-cü oldu

Fevralın 13-14-də Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyi keçirilib. SİA-nın məlumatına görə, çempionatda 45 komanda və bu komandalardan 325 idmançı mübarizə aparıb.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən idmançı Nəriman Baxışov 81 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

O, İdman-sağlamlıq klubunun məşqçi-müəllimləri Rasim Babayev və Taleh Sadıqovun rəhbərliyi altında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə