Dünya kuboku yarışları start götürüb

Dünya kuboku yarışları start götürüb

İranın Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları start götürüb. SİA-nın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparır. İki gün davam edəcək turnirin görüşlərinin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışda sərbəst güləşçilərimiz 5-ci olublar. Buna qədər isə milli komandamız iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə