Gökhan Törə “Beşiktaş”a qayıdır?

Gökhan Törə “Beşiktaş”a qayıdır?

Ötən mövsümün sonunda icarə qaydasında "Beşiktaş"ı "Vest Hem"ə dəyişən Gökhan Törənin işləri qaydasında getmir. Apasport.az saytının məlumatına görə, əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul olan yarımmüdafiəçi mövsümün sonunda müqaviləylə məxsus olduğu "Beşiktaş"a qayıtmalıdı. Ancaq bu, o qədər də asan olmayacaq. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, baş məşqçi Şenol Günəş çətin ki, Törəyə heyətdə yer versin.

Belə ki, ötən yay Günəşin "getmə, səninlə görəcəyimiz çox işimiz var" təklifinə məhəl qoymayaraq Londona yollanan, daha sonra isə "çalışdığım ən yaxşı məşqçi Slaven Biliçdi" açıqlamasını verməsi Törənin "qartallar"da yenidən şans qazanmasını mümkünsüz göstərir. Klub rəhbərliyinin icarədən qayıdan yarımmüdafiəçini uyğun təklif verəcək kluba satacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə