Ciu-citsu üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda Bakıdan və bölgələrdən 150-dən artıq idmançı iştirak edib.
Yarışın açılış mərasimində Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti Mirəli Seyidov, Braziliya ciu-citsusu üzrə vitse-prezident Azər Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıblar.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri Gənclər və İdman Nazirliyinin diplomları və medallarla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB