"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə ilk oyunu buraxacaq. UEFA-nın saytında yer alan xəbərə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan uelsli yarımmüdafiəçinin adını sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil etməyib. O, komanda ilə ümumi məşqlərə başlayan Q.Beyli tam hazır hesab etməyib. Qeyd edək ki, "Real" - "Napoli" görüşü sabah keçiriləcək.
Xatırladaq ki, Q.Beyl ötən ilin nöyabrında zədələnib və uzun müddət yaşıl meydandan uzaq qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB