Antalyada təşkil edilən taekvando üzrə "Turkish Open" beynəlxalq turnirində milli komandamızın üzvləri uğurla çıxış edərək daha iki medal qazanıblar.
SİA nın verdiyi məlumata görə, "G-2" kateqoriyalı turnirdə mübarizəyə qoşulan Azərbaycan millisinin üzvü Sina Bahrami (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Təmsilçilərimiz indiyədək turnirdə 2 qızıl, 3 gümüş və 4 bürünc olmaqla, ümumilikdə doqquz medal əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB