"Qalatasaray"ın yeni baş məşqçisi məlum olub. SİA-nın məlumatına görə, İstanbul klubu xorvatiyalı mütəxəssis İqor Tudorla anlaşıb. Yan Olde Riekerinklə yollarını ayıran "Qalatasaray" "Karabükspor"un 38 yaşlı çalışdırıcısı ilə razılıq əldə edib. Onunla 1.5 illik müqavilə imzalanacağı bildirilir. Keçidin bu gün rəsmən bəyan edilməsi gözlənilir.
Qeyd edək ki, İqor Tudor "Karabükspor"a ötən il PAOK-dan keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB