"Formula 1 üzrə Azərbaycan Qran Prisinin marşalları üçün yeni Marşal Mərkəzi inşa olunub. Matın 1-dən təlimlərə başlayacaq marşallar hazırlıq prosesini məhz bu mərkəzdə keçəcəklər". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Bakı Marşal Klubunun layihələr və kommunikasiya üzrə koordinatoru Vüsal Bəkirov deyib.
Onun sözlərinə görə, yeni yaradılan Marşal Mərkəzində təlim otaqları ilə yanaşı, Bakı Şəhər Halqasının (BŞH) mini treki də hazırlanıb: "BŞH-nın mini
treki 264 m-dir. Marşallar nəzəriyyədə öyrəndikləri bilikləri real trek modelində sınaqdan keçirəcəklər. Müxtəlif sahələrin marşalları mini trekdə öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Yaxın günlərdə yeni mərkəzin yeri və digər məlumatlar ictimaiyyətə açıqlanacaq".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB