Bülent Özərdim: "Bu il Formula 1 yarışının biletlərinin satışında ikiqat artım müşahidə olunur" AÇIQLAMA
"Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisinin biletlərinin son iki ayda endirimli satış kampaniyası davam edir. Bu il Formula 1 yarışının biletlərinin satışında ikiqat artım müşahidə olunur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.
O qeyd edib ki, ötən il 22 həftədə satılan biletlər bu il 10 həftədə satılıb: "Bu günə qədər 40 ölkədən biletlər alınıb. Onların 60 faizi xaricdən, 40 faizi Azərbaycanda alınıb. Xaricdən ən çox bilet alan ölkələr Rusiya, İngiltərə, Ukrayna, Almaniya, Hollandiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və BƏƏ-dir. Hələ ki, bu ölkələr xaricə satılan biletlərin 80 faizini alıblar".
B.Özərdim bildirib ki, bu gündən bilet satışlarında fevral kampaniyasına start verilir: "Bu kampaniyada 1 bilet alana 2-cisi yarı qiymətinə təklif olunur.Kampaniya bütün bilet kateqoriyaları üçün keçərlidir və 2 həftə davam edəcək".
Onun sözlərinə görə, bu il də Formula 1 yarışları zamanı 3 gün böyük konsertlərin təşkil edilməsi planlaşdırılır: "Danışıqlar başa çatmaq üzrədir. Konsertlərlə yanaşı, fərqli əyləcələr və konseptlər də olacaq. Bu il 3 günlük biletləri 4 günlük biletlər adlandırmışıq. Burada məqsəd azarkeşlərin iyunun 22-də, yəni həftənin cümə axşamı günü başlayacaq tədbirlərə qatılmasını təmin etməkdir. Tədbirlər ayın 22-də axşamüstü pitleyndə başlayacaq. Burada qarajlarla tanış olunacaq, pilotlardan imzalar alınacaq. Cümə günü isə yarışlara start veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB