"Qalatasaray" baş məşqçi Yan Olde Rikerinklə yolları ayırmaq qərarına gəlib. SİA-nın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Hollandiyalı mütəxəssis komandanın son vaxtlar uğursuz nəticələrinə görə istefaya göndərilir.
İlkin qərar İstanbul klubunun İdarə Heyətinin toplantısında qəbul edilib. Yekun qərarın bu gün veriləcəyi və ictimaiyyətə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 52 yaşlı mütəxəssis ötən ilin mart ayından "Qalatasaray"ı çalışdırır. Onun komandası hazırda 3-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB