"Sumqayıt"la oyunun başa çatmasına 12 dəqiqə qalmış meydana daxil olan və komandasının qələbə topunu vuran "Neftçi"nin hücumçusu Uqo Barqas jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə münasibəti ilə təbrik edirik. Oyunun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?
- İlk dəqiqələrdən oyunumuzu çətinləşdirdik. Erkən qol vurmaq istəyirdik, amma işimizin öhdəsindən gələ bilmirdik. İkinci hissədə də qol axtarışına çıxdıq, yenə çətin oldu. Çünki qapıçıları çox yaxşı oynadı. Onu bu gözəl çıxışına görə təbrik edirəm. Çətinliyə baxmayaraq, gözlədiyimiz, axtardığımız qolu tapdıq.
- Qarlı hava şəraiti və meydançanın sürüşkən olması oyununuza nə dərəcədə təsir göstərdi?
- Hava şəraiti oyunumuza mane oldu. Çətinliyə rəğmən qol epizodları yaratdıq. Meydança qarlı olmasaydı, bundan çox qol epizodu yaradardıq. Komanda şəklində sona qədər mübarizə apardıq. Mübarizəmizin nəticəsini isə sona yaxın əldə etdik.
- Baş məşqçi sizi meydana buraxan zaman konkret hansı tapşırığı verdi?
- Dedi ki, oyunun sonuna az qalıb, fürsət düşəndə qapıya doğru zərbə endir. Zərbələrdən biri mütləq çərçivəyə düşəcək. Mən də onun dediyi kimi etdim. Nəhayət, zərbəmin biri tora daxil oldu. Hər bir futbolçu üçün qol vurmaq motivasiya yaratmaqdı. Növbəti oyunlarda yenə qollarımı sıralayacam.
- Qış fasiləsindən sonra "Neftçi" öz meydanında ilk oyununu keçirirdi. Doğma məkanla bağlı təəssüratlarınız necədi?
- İlk dəfə öz meydançamızda oynayırdıq. Açığı, bu cür atmosfer gözləmirdim. Ab-hava xoşuma gəldi. Azərkeşlər 90 dəqiqə bizə dəstək oldu. Çalışacağıq onları sevindirməkdə davam edək.
- Azarkeş olsaydınız, oyunun qəhrəmanı kimi qol vuranı, yoxsa rəqib qapıçını seçərdiniz?
- Əlbəttə, qapıçı yaxşı oynadı. Bunu danmaq olmaz. Amma bu cür oyunlarda qol vuran futbolçunu ən yaxşı seçərdim və özümə yaxşı mükafat gözləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB