“Monako”lu futbolçunun atası: “Barselona” da bizimlə təmasa keçib

“Monako”lu futbolçunun atası: “Barselona” da bizimlə təmasa keçib

"Monako"nun yarımmüdafiəçisi Fabinyo mövsümün sonunda klubunu dəyişəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu braziliyalı futbolçunun atası Joao deyib. O bildirib ki, oğlu Avropa nəhənglərinin maraq dairəsindədi. Joao Braziliya millisinin dayaq yarımmüdafiəçisinin seçim etməkdə çətinlik çəkdiyini də əlavə edib: "Mançester Siti", "Mançester Yunayted" və "Arsenal"la danışıq aparmışıq. Artıq "Barselona" da bizimlə təmasa keçib. "Mançester Yunayted"i və onun baş məşqçisi Joze Mourinyonun gördüyü işləri sevirik. Amma "Mançester Siti"yə qarşı da həvəssiz deyilik".

Qeyd edək ki, 24 yaşlı Fabinyo 2013-cü ildən "Monako"nun formasını geyinir. O, 2012-13 mövsümündə icarə əsasında "Real"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə