"Neftçi"ın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda fikirlərini bildirib.
- Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Fərhad Vəliyevin fərdi ustalığı imkan vermədi ki, daha çox qol vuraq. Amma bu, önəmli deyil. Əsas 3 xaldır.
- "Neftçi"nin oyununa "Sumqayıt", yoxsa qar mane oldu?
- Havadan şikayətlənə bilmərik. Hər iki komanda eyni havada oynayırdı.
- İcarəyə götürülən futbolçular haqda konkret qərar verilib?
- Folprext və Dreksa icarəyə götürülüb. Folprexti istəsək, ala bilərik. Müqavilənin bəndində belə şərt var.
- Mahir Şükürov mövsümün sonunda karyerasını bitirəcək?
- Bunu Mahirdən soruşun. Axı, onun yerinə necə cavab verim? Hər şey özündən aslıdır. İstəsə, oynaya bilər.
- Boban Baykoviç legioner limitinə görə ehtiyatda qalıb...
- Bu oyunda da tələb olunurdu ki, qapıda Vaylo olsun. Limit məsələsini də bilirsiz. Cavid, Fəhmin, Rəhman da tam formada deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB