ADBTİA-da yeni yaradılan magistr ixtisasları ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Nazirlər Kabinetinin "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat"ında etdiyi dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.
SİA-nın məlumatına görə, mətbuat konfransında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev Böyük Britanıyanın UCL (University College London) Universitetinin İdman, Məşq və Sağlamlıq İnistutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin İdman Tibbi və Reabiltasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor iştirak ediblər.
ADBTİA-nın rektoru Fuad Hacıyev media nümayəndələri qarşısında çıxış edərək bildirib ki, Nazirlər Kabinetinin sözügedən - 36 nömrəli Qərarı ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına dəyişikliklərə əsasən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni "İdman jurnalistikası" və "İdman tibbi və rabilitasiya" magistr ixtisasları yaradılıb.
Qeyd olunan dəyişikliklərin təqdirəlayiq olduğunu və təhsil sistemində yeni islahatlara, müxtəlif sahələrdə ixtisaslaşmaya böyük təkan verəcəyini vurğulayan rektor bu istiqamətdə artıq xeyli müddətdir ki, işlərin aparıldığını diqqətə çatdırıb: "Bu ixtisaslarla bağlı Akademiyada Avropanın bir sıra qabaqcıl universitetləri əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlıq çərçivəsində "İdman menecmenti," "İdman jurnalistikası" və "İdman tibbi və Reabilitasiya"ixtisasları üzrə magistr proqramları hazırlanır.
Azərbaycanın artıq formalaşmış idman ənənələrini nəzərə alaraq, hazırda Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birgə "İdman menecmenti" və "İdman jurnalistikası" magistr ixtisasları üzrə kurrikulum hazırlanır. Eyni zamanda Böyük Britaniyanın Qlazqo və UCL (University College London) Universitetləri ilə birgə "İdman Tibbi və Reabilitasiyası" üzrə magistr proqramının hazırlığı gedir. Qeyd olunan hər üç proqram ingilis dilində və modullar əsasında tədris ediləcək."
Mətbuat konfransı zamanı o da qeyd olunub ki, bu proqramların məzunları Azərbaycanda keçirilən irimiqyaslı regional və beynəlxalq idman tədbirlərində, idman federasiyaları və komplekslerində, Olimpiya Mərkəzlərində, yerli və beynəlxalq media vasitələrində işləyə biləcəklər.
F.Hacıyev Akademiyada gedən yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, əsas hədəf ADBTİA-nı idman və sağlam həyat tərzinin təbliğində aparıcı rol oynayan, ən müasir tələblərə cavab verən, elmi və praktiki təcrübə əsasında idman təhsilini təmin edən və beynəlxalq standartlara cavab verən təhsil müəssisəsinə çevirməkdir.
M.Luzmor ölkəsinin İdman Tibbi və Reabiltasiya sahəsi üzrə təcrübəsindən danışıb, görüləcək işlər haqqında məlumat verib.
Sonda jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandıran F.Hacıyev yaxın müddətdə 2017-2018-ci tədris illəri üçün magistr proqramlarına qəbulla bağlı şərtlərin də açıqlanacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB