Azərbaycan çempionatında 18-ci tura yekun vurulacaq

Azərbaycan çempionatında 18-ci tura yekun vurulacaq

Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha iki görüş keçiriləcək.

AZAL öz meydanında "İnter"i qəbul edəcək. "Təyyarəçilər" 2017-ci ildəki ilk qələbəsini "İnter" üzərində qazanmağa çalışacaq. Son 2 turda cəmi 1 xal toplayan Zaur Svanadzenin komandasının da hədəfi 3 xaldır.

Turun son oyunu isə "Bakcell Arena"da keçiriləcək. "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. III dövrəyə uğurla start verən 2 komandanın qarşıdurması maraqla gözlənilir.

Topaz Premyer Liqası

XVIII tur

13 fevral (bazar ertəsi)

15:00. AZAL - "İnter"
Hakimlər:
Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
"AZAL Arena"

17:30. "Neftçi" - "Sumqayıt"
Hakimlər:
Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci kilometr qəsəbə stadionu

12 fevral (bazar)

16:30."Zirə" - "Qəbələ" 2:2
Qol:
Daniel Subotiç, 37 (0:1), Viktor İqbekoyi, 54 (1:1), Filip Ozobiç, 88 (1:2), Riçard Qadze, 90+4 (2:2)
Qırmızı vərəqə: Rasim Ramaldanov ("Qəbələ", iki sarı vərəqə), 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu

14:30."Kəpəz" – "Qarabağ" 0:1
Qol:
Mahir Mədətov, 65
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
Gəncə şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 17 7 8 2 28-18 29
4 Sumqayıt 17 5 7 5 19-22 22
5 Zirə 18 6 4 8 16-20 22
6 Kəpəz 18 3 6 9 12-22 15
7 Neftçi 17 4 1 12 13-33 13
8 AZAL 17 1 5 11 8-31 8

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 10 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol

Bütün xəbərlər Facebook səhifəmizdə