Türkiyə Superliqasında 20-ci turun növbəti oyunları keçirilib NƏTİCƏLƏR

Türkiyə Superliqasında 20-ci turun növbəti oyunları keçirilib NƏTİCƏLƏR

Türkiyə Superliqasında 20-ci turun oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün daha 4 matç keçirilib. Lider "Beşiktaş"ın ardınca onun ən yaxın izləyicisi "Başakşehir" də xala həsrət qalıb.

"Kayserispor"u qəbul edən "Qalatasaray" da meydandan məyus ayrılıb. İlk hissədə qapısında 2 qol görən İstanbul klubunun gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatıb.

Son 4 turda xal itirməyən "Antalyaspor" isə Konya səfərindən heç-heçə ilə qayıdıb.

Türkiyə Superliqası

XX tur

12 fevral

"Akhisar Genclik Spor" - "Rizespor" 1:0
Qol:
Yumlu, 6

"Kasımpaşa" - "Başakşehir" 4:0
Qollar:
Titi, 10, Büyük, 13, Eduok, 82, Kastro, 88

"Konyaspor" - "Antalyaspor" 1:1
Qollar:
El Kabir, 44 (0:1), Bajiç, 59 (1:1)

"Qalatasaray" - "Kayserispor" 1:2
Qollar:
Mabiala, 29 (0:1), Gülen, 45+4 (0:2), Derdiyok, 89

Qeyd edək ki, 20 turdan sonra "Beşiktaş" 44 xalla birinci, "Başakheşir" 42 xalla ikinci, "Qalatasaray" 39 xalla üçüncü, "Fənərbaxça" isə 36 xalla dördüncü yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə