ABU “Çelenc Cup” turnirində Polşa klubuna uduzub

ABU “Çelenc Cup” turnirində Polşa klubuna uduzub

Dünən qadın həndbolçular arasında "Çelenc Cup" turnirinin səkkizdəbir final mərhələsinin cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi "ABU" Polşanın "Kram Start Elblaq" klubu ilə cavab matçına çıxıb. Komandamız yerli komandaya bu dəfə 24:32 hesabı ilə məğlub olub.

Xatırladaq ki, səkkizdəbir final mərhələsinin fevralın 10-da keçirilən ilk qarşılaşmasında Polşa klubu təmsilçimizdən 23:33 hesabı ilə üstün olub. Hər iki oyun əvvəldən razılaşdırıldığı kimi Polşada baş tutub. "ABU" ilk matçda nominal ev sahibi kimi çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə