Cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb

Cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb

Parisdə ACCORHOTELS Arenada cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turniri başlayıb. SİA-nın verdiyi xəbərə görə, turnirdə 63 ölkədən 459 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Yarışın ilk günündə cüdoçularımızın rəqibləri müəyyənləşib. Belə ki, Elxan Səfərov (60 kq) koreyalı İn-Xyuk Çoi, Nicat Şıxəlizadə (66 kq) Çin cüdoçusu Daha Qinq, Rüstəm Orucov qazaxıstanlı Eldos Jumaxanov və Hidayət Heydərov (hər ikisi 73 kq) isə Kvok-Vinq Li (Honkonq) ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə