Anatoli Timoşuk və Dario Srna artıq məşqçilik edəcəklər

Anatoli Timoşuk və Dario Srna artıq məşqçilik edəcəklər

"Zenit"in keçmiş futbolçusu Anatoli Timoşuk və "Şaxtyor"un kapitanı Dario Srna artıq məşqçi kimi fəaliyyət göstərə bilərlər. Apasport.az saytının məlumatına görə, hər iki oyunçu Ukrayna Futbol Federasiyasının təşkil etdiyi məşqçilik kurslarında PRO kateqoriyanın tələblərini uğurla başa vurublar. Bu gün 37 yaşlı Timoşuk karyerasını bitirdiyini açıqlayıb. 34 yaşlı Srna isə "Şaxtyor"da karyerasını davam etdirir.

Qeyd edək ki, PRO kateqoriyası məşqçilik sahəsində ən yüksək dərəcədir vəistənilən beynəlxalq klublarda, milli komandalarda işləmək üçün səlahiyyət verir. Əlavə olaraq bildirək ki, "Qarabağ"ın və milli komandamızın kapitanı Rəşad Sadıqov da məşqçilik kurslarına qatılmış, A kateqoriyanın tələblərini uğurla başa vurmuşdu. O, hazırda PRO kateqoriya üçün yenidən müraciət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə