Vaqif Cavadov özünə yeni klub tapıb. Apasport.az-ın məlumatına görə, millimizin keçmiş hücumçusu karyerasını AZAL-da davam etdirəcək. Bu barədə saytımıza "təyyarəçilər"in mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov açıqlama verib. Klub rəsmisi təcrübəli futbolçu ilə anlaşdıqlarını və mövsümün sonuna kimi müqavilə imzaladıqlarını deyib. Yusifov həmçinin bildirib ki, sabah istirahət günü olduğundan Vaqif birisigündən komandaya qoşulub məşqlərə başlayacaq.
Qeyd edək ki, "Sumqayıt"dan ayrıldıqdan sonra qış fasiləsini klub axtarmaqla keçirən Vaqif Cavadovun adı Rusiya klubları ilə hallanırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB