"Fresco" Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacaq FOTOLAR

"Fresco" Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olacaq FOTOLAR

Bu gündən etibarən Azeri Retail MMC-yə məxsus "Fresco" Supermarketlər şəbəkəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı elan edilir.

SİA-nın məlumatına görə, imzalanan müqaviləyə əsasən, "Fresco" Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas lisenziya sahibi və rəsmi pərakəndə satış operatoru olacaq. Açılış mərasiminə yaxın müddətdə əhalimiz IV İslam Həmrəyliyi oyunlarına məxsus müxtəlif çeşidli məhsulları "Fresco" supermarketlər şəbəkəsinin şəhərimizin bir sıra nöqtələrində fəaliyyət göstərən mağazalarından əldə edə biləcəklər. Yeri gəlmişkən, Atletlər Kəndində də idmançılar və rəsmilər üçün "Fresco" nun universal mağazası fəaliyyət göstərəcək.

"Fresco", öz növbəsində Bakı 2017 markaları, loqoları və dizaynlarından eksklyuziv istifadə hüququ əldə edəcək.

Qeyd edək ki, "Fresco" Bakı 2017 Mascot Proqramının da rəsmi dəstəkçisi olacaq.

Bakı 2017 Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd rəsmi tərəfdaşlığın önəmindən danışarkən bildirib ki, bu cür mötəbər tədbirlərin önəmi haqda məlumatların ictimaiyyətə çatdırılmasında, əhalinin bu oyunlar haqda məlumatlandırılmasında pərakəndə satış mərkəzlərinin böyük rolu olduğunu bildirib.

Mayk Loynd: "Əminəm ki, Azərbcaycanda böyük güvən qazanmış "Fresco" supermarketlər şəbəkəsi, Bakı 2017 İslam Həmrəyliyi oyunlarının brendlərini ictimaiyyətə yüksək səviyyədə təqdim etməkdə güclü tərəfdaş olacaq".

Azeri Retail MMC-nin baş direktoru, Kamran Əyyubov: "Fresco ailəsinin Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olduğu üçün qürur hissi duyduğunu bildirib. Kamran Əyyubov: "Oyunların uğurla həyata keçməsində bizim də payımız olacağı bizi çox sevindirir. Gündəlik olaraq, orta hesabla 25.000 alıcıya xidmət göstərməyə qadir olan 650 nəfərdən artıq peşəkar heyətimiz var. Əminəm ki, şirkətimizin hər bir üzvü üzərimizə düşən məsuliyyətin öhdəsindən peşəkarcasına gələcək".

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının kommersiya proqramı 8 rəsmi tərəfdaşdan və 10 rəsmi dəstəkçidən təşkil olunacaq.

Bakı 2017 üzrə Maliyyə və Kommersiya direktoru, David Berry: Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığımız ərəfədə 50-dən artıq ölkədə 1.5 milyarddan çox izləyicinin cəlb olunduğu bu oyunlara möhtəşəm imkan kimi baxan dünyanın tanınmış brendlərinin marağını görürük.

Hazırda bir sıra nüfuzlu şirkətlərlə son danışıqlar aparılır və yaxın müddətdə yeni rəsmi tərəfdaş və dəstəkləyicinin sıralarımıza qoşulacağını elan etməyə ümid edirəm".

Sponsorlar ekskluziv kateqoriya, rəsmi təyinat və bir sıra brendinq və digital hüqüqlar kimi imtiyazlara malik olacaq və onlar özlərinin brend paketini bu mötəbər beynəlxalq idman tədbiri vasitəsilə bütün islam dünyasına nümayiş etdirmək və nüfuzunu artırmaq imkanı qazanacaqlar.

Bu günə qədər BP üçüncü, "Fresco" dördüncü sponsor, "Microplus", iTicket.az isə müvafiq olaraq rəsmi nəticələr, vaxtın dəqiqləşdirilməsi və xal vermə xidməti provayderi və rəsmi bilet satışı provayderləri kimi qeydiyyatdan keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə