Bu gün XVII tura yekun vurulacaq

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq. SİA-nın məlumatına görə, günün ilk oyunu Sumqayıtda keçiriləcək. Eyniadlı komanda mövsümün ikinci yarısına olduqca uğursuz start verən "Kəpəz"i qəbul edəcək.

Turun son matçı isə "İnter Arena"da oynanılacaq. 2 paytaxt klubunun mübarizəsində "İnter" "Neftçi"ni sınağa çəkəcək.

9 fevral (cümə axşamı)

Azərbaycan Premyer Liqası, XVII tur

15:00."Sumqayıt" – "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov

17:30."İnter" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov

8 fevral (çərşənbə)

17:30."Qarabağ" – "Zirə" - 2:0
Qollar:
Əfran İsmayılov, 13, Dino Ndlovu, 47
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov
"Azərsun Arena"

15:00."Qəbələ" – AZAL - 2:0
Qollar:
Filip Ozobiç, 64-pen.90+3
Qırmızı vərəqə: Omeqa Robert, 63 (AZAL)
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev
Qəbələ şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 12 3 2 31-7 39
2 Qəbələ 17 11 5 1 35-8 38
3 İnter 16 7 8 1 27-15 29
4 Zirə 17 6 3 8 14-18 21
5 Sumqayıt 16 4 7 5 16-21 19
6 Kəpəz 16 3 6 7 11-18 15
7 Neftçi 16 3 1 12 10-32 10
8 AZAL 17 1 5 11 8-31 8

Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol

Bütün xəbərlər Facebook səhifəmizdə