“Milan” 9 nəfərlə “Bolonya”nı məğlub edib

“Milan” 9 nəfərlə “Bolonya”nı məğlub edib

İtaliya "A" seriyasında 23-cü turun oyunları davam edir. SİA-nın məlumatına görə, səfərdə "Bolonya"nın qonağı olan "Milan" matçın gedişində 9 nəfərlə qalsa da, meydandan 3 xalla ayrılmağı bacarıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 40-a çatdıran "Milan" 7-ci pillədə qərarlaşıb. "Bolonya" isə 27 xalla 14-cü yeri tutur.

"Bolonya" - "Milan" 0:1

Qol: Paşaliç, 89
Qırmızı vərəqələr:
Paletta, 37, Kuçka, 59 (hər ikisi "Milan")

Bütün xəbərlər Facebook səhifəmizdə