“Zirə”nin futbolçusu: “Qarabağ” kimi komandalar səhvləri bağışlamırlar
"Qarabağ"la oyunda 90 dəqiqə meydanda olan və komandasının məğlubiyyətinə heç cür mane ola bilməyən "Zirə"nin portuqaliyalı müdafiəçisi Migel Lorenso matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Gözlənildiyi kimi matç çətin keçdi. Ümumiyyətlə, liderlərlə oyun asan keçmir. Bu cür rəqiblərə qarşı səhvsiz oynamalı idik. Təəssüflər olsun ki, bunu bacarmadıq. "Qarabağ" kimi komandalar isə səhvləri bağışlamırlar. Nəticədə məğlub olduq.
- Amma məğlubiyyətə görə narahatlıq hiss olunmurdu. Hətta oyundan əvvəl matçın nəticəsi barədə də açıq fikirlər yazılırdı…
- Bu, futboldu. Meydanda dostluq, qardaşlıq yoxdu. Hər iki komanda öz işini gördü. "Qarabağ"ı qələbə qazandıqlarına görə təbrik edirəm. Öz komanda yoldaşlarıma da mübariz oyuna görə təbrik düşür. Tək "Qarabağ"la yox, digər oyunlarda da mübarizə aparırırq.
- Premyer Liqanın səviyyəsi sizdə hansı təəssüratları yaradıb? Rəqabətsizlik sizi narahat etmir?
- Müəyyən qədər haqlısız. "Qarabağ"la "Qəbələ"nin səviyyə fərqi digər klublardan fərqlənir. Amma etiraf edək ki, istər bizim, istər "İnter"in meydançasında onlar asan qələbə qazanmır. Oyunlar heç də asan keçmir. Bizim kimi komandalar inkişaf etməkdədi. Oyundan oyuna irəli addımlayırıq və bunun bəhrəsini gələcək oyunlarda, çempionatda görəcəyik.
- Son turlarda baş verən hakim səhvləri diqqətinizi cəlb edirmi? Ötən oyunda sizin də bir qolunuz sayılmadı, komanda yoldaşınıza qırmızı vərəqə göstərildi və s.
- Hakimlər haqda danışmaq istəmirəm. Oyun zamanı hər kəs öz işini görür Biz öz haqqımızda danışa bilərik. Referilərin idarəçiliyini qiymətləndirmək bizim işimiz deyil.
- Necə düşünürsüz, 8 komandalı çempionatdan 4 iştirakçının avrokuboklara vəsiqə qazanması futbolumuza nə kimi təsir edə bilər?
- Bu, müsbət haldi. Deməli, ilk 4 yer uğrunda gərgin mübarizə gedəcək. Nəticədə, maraqlı, gərgin çempionat izləmək imkanı qazanacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB