Futbol üzrə Topaz Premyer Liqada 17-ci tura start verilib. Qol.az-ın xəbərinə görə, ilk oyun gününə nəzərədə tutulan iki görüşdən biri başa çatıb. "Qəbələ" öz meydanında AZAL-ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyununda isə lider "Qarabağ" mövsümün ikinci yarısına yaxşı başlayan "Zirə" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
8 fevral (çərşənbə)
Azərbaycan Premyer Liqası, XVII tur
17:30."Qarabağ" – "Zirə" - 2:0
Qollar: Əfran İsmayılov, 13, Dino Ndlovu, 47
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cəmil Quliyev, Fariz Yusifov
"Azərsun Arena"
15:00."Qəbələ" – AZAL - 2:0
Qol: Filip Ozobiç, 64-pen.90+3
Qırmızı vərəqə: Omeqa Robert, 63 (AZAL)
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev
Qəbələ şəhər stadionu
9 fevral (cümə axşamı)
15:00."Sumqayıt" – "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
17:30."İnter" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 17 | 12 | 3 | 2 | 31-7 | 39 |
| 2 | Qəbələ | 17 | 11 | 5 | 1 | 35-8 | 38 |
| 3 | İnter | 16 | 7 | 8 | 1 | 27-15 | 29 |
| 4 | Zirə | 17 | 6 | 3 | 8 | 14-18 | 21 |
| 5 | Sumqayıt | 16 | 4 | 7 | 5 | 16-21 | 19 |
| 6 | Kəpəz | 16 | 3 | 6 | 7 | 11-18 | 15 |
| 7 | Neftçi | 16 | 3 | 1 | 12 | 10-32 | 10 |
| 8 | AZAL | 17 | 1 | 5 | 11 | 8-31 | 8 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB