Hacı Nuran: “Bakı 2017”dən sonra turistlərin sayı daha da artacaq” AÇIQLAMA
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri seçildiyim üçün çox şadam. Mən "Bakı-2015" I Avropa Oyunlarının da səfiri olmuşam. Azərbaycanı, ölkəmizdə keçirilən mötəbər yarışları təmsil etmək qürurvericidir". Bunu SİA-ya açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov deyib.
O qeyd edib ki, artıq Oyunların səfirlərinin fəaliyyət proqramı hazırdır: "Biz "Bakı2017"nin təbliğat işlərini həyata keçirəcəyik. Artıq proqram hazırdır. Gün ərzində bir neçə televiziya kanallarında çıxış etməli, tədbirlərdə olmalı, rayonlarda ictimaiyyətlə görüşməliyik. İnsanları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına cəlb etməliyik. Biletlərin satışı ilə bağlı aksiyalar keçirmək, uşaq evlərinə gedib uşaqları idmançılarla görüşdürmək də nəzərdə tutulub. Artıq "Bakı 2017"nin başlanmasına 93 gün qalıb. Qısa müddət ərzində böyük işlər görməliyik".
N.Hüseynov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarından sonra ölkəmizə gələcək turistlərin sayının daha da artacağını bildirib: "Azərbaycana dünyanın bir çox ölkələrindən turistlər səfər edirlər. Hazırda islam ölkələrindən gələn turistlərin sayı çoxdur. Bütün otellərimiz doludur. "Bakı 2017"dən sonra ölkəmizə gələn turistlərin sayı daha da artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB