"Barselona" İspaniya Kubokunun finalında

"Barselona" İspaniya Kubokunun finalında

Futbol üzrə İspaniya Kubokunda ilk finalçının adı bəlli olub. SİA-nın məlumatına görə, yarımfinal mərhələsnin cavab matçında "Atletiko"nu qəbul edən "Barselona" 1:1 hesablı heç-heçə sayəsində finala vəsiqə qazanıb. Madriddə keçirilən ilk görüşdə 2:1 hesabı ilə qalib gələn Kataloniya klubuna bərabərlik kifayət edib.

Qeyd edək ki, yarımfinal mərhələsnin digər cavab matçı sabah "Alaves" və "Selta" klubları arasında olacaq.

İspaniya Kuboku

Yarımfinal mərhələsinin cavab oyunu

"Barselona" – "Atletiko" (Madrid) - 1:1

Qollar: Luis Suarez, 43 (1:0),Qameyro, 83 (1:1)
Qırmızı vərəqələr: Serxio Roberto, 57, Luis Suarez, 90 ("Barselona"), Yannkin Karrasko, 69 ("Atletiko")
İlk oyun - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə