Roberto Mançini “Milan”ın “sükanı arxasına” keçir?

Roberto Mançini “Milan”ın “sükanı arxasına” keçir?

Roberto Mançini yenidən İtaliya A seriyasında çalışa bilər. 52 yaşlı mütəxəssisin "Milan"ın "sükanı arxasına" keçəcəyi deyilir. Bu barədə İtaliya mətbuatı xəbər yayıb. Xəbərdə martın 3-dən "rossonyerlər"ə sahib olacaq "Sino-Europe Sports" şirkətinin rəhbərliyinin komandanın baş məşqçisi kimi Mançinini görmək istədikləri qeyd edilib. Mançininin də bu təklifə isti yanaşdığı deyilir. İtalyan mütəxəssis bu ilin əvvəlində Çindən gələn təklifləri rədd etmişdi. Qeyd edək ki, Mançini müxtəlif vaxtlarda, iki dəfə (2004-2008, 2014-2016) "Milan"ın əzəli rəqibi "İnter"i çalışdırıb. Mütəxəssis "İnter"dən ayrıldıqdan sonra işsizdi.

Hazırda "Milan"ı Vinçentso Montella çalışdırır. "Qırmızı-qaralar" gənc məşqçinin rəhbərliyi altında İtaliya A seriyasının cari mövsümündə 23 turdan sonra 37 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə