Hakan Çalhanoğlu maaş və mükafatlardan imtina etdi!

Hakan Çalhanoğlu maaş və mükafatlardan imtina etdi!

Dörd aylıq futboldan uzaqlaşdırılan Hakan Çalhanoğlu sözügedən müddətdə alacağı maaş və mükafatlardan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib. Məlum qərarı "Bayer"in yarımmüdafiəçisi özü alıb. O, kluba daha çox ziyan verməmək üçün bu addımı atıb.

Qeyd edək ki, H.Çalhanoğlu "Trabzonspor"la imzalanan müqavilənin şərtlərinə əməl etmədiyi üçün cəzalandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə