"Barselona"nın müdafiəçisi Jerar Pike meydana qayıtmağa hazırdır. SİA-nın məlumatına görə, təcrübəli müdafiəçi "Atletik"lə oyunun gedişində (3:0) meydanı vaxtından əvvə tərk etmişdi. Bu səbəbdən də Pikenin İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Atletiko"ya qarşı keçiriləcək matçda meydana çıxmamaq ehtimalı var idi.
Bununla belə, futbolçunun durumu heç də pis deyil. Pike komandasının bugünkü məşqində iştirak edib.
Xatırladaq ki, "Barselona" ilk oyunda səfərdə "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB