Qabonda təşkil edilən Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb. Ulduz futbolçulardan heç biri turnirin ən yaxşısı adına layiq görülməyib.
Çempion Kamerun yığmasının hücumçusu Kristian Bassoqoq bu baxımdan hamını qabaqlamağı bacarıb. Afrika Futbol Konfederasiyası 22 yaşlı forvardı turnirin ən yaxşı futbolçusu seçib. O, keçirdiyi 6 görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda Kristian Bassoqoq Danimarkanın "Olborq" klubunun formasını geyinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB