Azərbaycanın həndbol hakimi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanın həndbol hakimi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanın daha bir həndbol hakimi beynəlxalq oyuna təyinat alıb.

SİA-nın verdiyi məlumata görə, fevralın 21-də qadın həndbolçular arasında Avropa "Challenge Cup" yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində keçiriləcək "Ardeşen GSK" (Türkiyə)-"HC Lokomotiva Zagreb" (Xorvatiya) matçına AHF nümayəndəsi İsgəndər Əsgərov hakim təyinatı alıb.

Oyun Türkiyənin Ardeşen şəhərində yerli vaxtla saat 18:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə