Nazir: "Bakı-2017”nın açılış mərasimində ulduz müğənnilərin iştirakı nəzərdə tutulmayıb"
"Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin proqramında müğənnilərin mahnı oxuması nəzərdə tutulmayıb". Bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
O qeyd edib ki, "Bakı-2017"nın açılış mərasimində dünya və ya yerli ulduz müğənnilərin iştirakı nəzərdə tutulmayıb: "Açılış proqramı möhtəşəm bir şou olacaq. Lakin proqramda müğənnilən mahnı oxuması nəzərdə tutulmayıb. Ancaq bağlanış mərasimində yerli ulduzlar bizə dəstək verə bilərlər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək".
A.Rəhimov müğənni Ledi Qaqaya "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində iştirakına görə, 1 milyon dollar verildiyinə dair fikirlər haqqında da danışıb: "Həmin ulduzların müqavilələrin məbləğin açıqlanmayacağı qeyd olunur. Onların qonorarları isə 30 min dollardan 1 milyon dollaradək dəyişir. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Bu, kommersiya sirridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB