Futbol üzrə Türkiyə millisinin daha bir üzvü "Borussiya"da oynayacaq. Apasport.az saytının məlumatına görə, dortmudlular Ömər Toprakla müqavilə imzalayıb. 27 yaşlı futbolçu ilə 2021-ci ilə kimi anlaşma əldə edilib. Müqavilənin maddi tərəfi açıqlanmasa da, alman mətbuatı bu keçiddən "Bayer"in 12 milyon avro qazanacağını bildirib. Anlaşmaya görə Ömər mövsümün sonuna kimi Leverkuzen təmsilçisində çıxış edəcək, növbəti mövsümdən isə Dortmunda köçəcək.
Qeyd edək ki, "Borussiya"nın heyətində daha iki türk oyunçu – Əmrə Mor və Nuri Şahin də çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB