Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq

Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq. SİA-nın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək. "Zirə" öz meydanında "Kəpəz"i qəbul edəcək. Bu oyun turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üçün mühüm əhəmiyyət kəsb edir. Qələbə sayəsində "Kəpəz" 5-ci, "Zirə" isə 4-cü pilləyə yüksələ bilər.

Günün digər oyununda isə "İnter" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Zaur Svanadzenin komandası cari mövsüm hər iki görüşdə bu rəqibinə qalib gəlsə də, onları son vaxtlar yaxşı təsir bağışlayan "Sumqayıt"la asan oyun gözləmir.

4 fevral

Topaz Premyer Liqası

XVI tur

14:00 "Zirə" - "Kəpəz"

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu

16:30 "Sumqayıt" - "İnter"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena"

3 fevral

17:00 "Qəbələ" - "Neftçi" - 1:0

15:00 AZAL - "Qarabağ" - 1:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 16 11 3 2 29-7 36
2 Qəbələ 16 10 5 1 32-8 35
3 İnter 15 7 7 1 25-13 28
4 Sumqayıt 15 4 6 5 14-19 18
5 Zirə 15 5 3 7 12-16 18
6 Kəpəz 15 3 6 6 11-17 15
7 Neftçi 16 3 1 12 10-32 10
8 AZAL 16 1 5 10 8-29 8

Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol

Bütün xəbərlər Facebook səhifəmizdə