Premyer Liqanın XVI turu çərçivəsində keçirilən "Qəbələ" – "Neftçi" matçının son dəqiqələrində insident yaşanıb. Apasport.az saytının məlumatına görə, buna ev sahiblərinin baş məşqçisi Roman Qriqorçukla "ağ-qaralar"ın köməkçi məşqçisi Aleksandr Dereberin arasındakı narazılıq səbəb olub. Nəticədə matçın baş hakimi Fariz Yusifov hər iki şəxsi texniki zonadan uzaqlaşdırıb. Qeyd edək ki, Qriqorçuk cari mövsümdə ikinci dəfədi belə halla üzləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB