Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində daha bir oyun keçirilib. Günün ikinci qarşılaşması "Qəbələ" və "Neftçi" arasında oynanılıb. "Qəbələ" minimal hesabla rəqibinə qalib gəlməyi bacarıb-1:0. Belə ki, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matçda komandaların səylərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. Görüşün ikinci hissəsində meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun əvəzləməsi oyunun nəticəsini müəyyənləşdirib. Üç illik fasilədən sonra "qırmızı-qaralar"a qayıdan Daniel Subotiç 77-ci dəqiqədə hesabı açıb. İsveçrəli hücumçu komanda yoldaşı Ürfan Abbasovun ötürməsini başı ilə tora göndərib.
Beləliklə, bu görüşdən sonra xalını 35-ə yüksəldən "Qəbələ" ikinci yerdəki mövqeini qoruyub. "Neftçi" isə 10 xalla 7-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB