“Bakı-2017” rəqəmlərlə REPORTAJ

“Bakı-2017” rəqəmlərlə REPORTAJ

12-22

Bu ilin 12 - 22 may tarixlərində Azərbaycanda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu Oyunlar İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin iştirak edəcəyi cəlbedici çoxnövlü idman tədbiridir. İslam Həmrəyliyi İdman Federasiyası 2013-cü ilin iyulunda Oyunların keçirilməsi üçün ev sahibliyini Bakıya verib. Yarışlar ümumilikdə 10 gün davam edəcək.

20

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək. Bundan başqa Oyunların proqramına görmə qabiliyyəti olmayanlar üçün cüdo və iki para atletika idman növü daxil edilib.

16, 8

Oyunlarda 16 yarış obyekti və yarışların keçirilməyəcəyi 8 obyektdən istifadə ediləcək.

16 yarış obyekti

- Bakı Olimpiya Stadionu

- Bakı Su İdmanı Mərkəzi

- Vaterpol Arenası

- Basketbol Arenası

- Bayıl Arena

- Azal Arena

- Dalğa Arena

- Ağır Atletika Akademiyası

- Bakı İdman Zalı

- Bakı Atıcılıq Mərkəzi

- Bakı Tennis Akademiyası

- Kristal Zalı 1/2

- "Sərhədçi" İdman Olimpiya Mərkəzi

- Heydər Əliyev adına İdman Arenası

- Milli Gimnastika Arenası

- Tofiq Bəhramov adına Respublika Stadionu

Yarışların keçirilməyəcəyi 8 obyekt

- Azərbaycan Güləş Federasiyasının təlim zalı

- Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətləri İdman Kompleksi

- Azərbaycan Milli Karate Federasiyasının Təlim Mərkəzi

- Azərbaycan Boks Federasiyası

- Bakı Olimpiya İdman Kompleksi

- "Azərreyl" İdman Bazası

- Azərbaycan Həndbol Federasiyası İdman Kompleksi

- Neftçi PFK-nın Təlim-məşq Bazası

279

"Bakı-2017" zamanı ümumilikdə 279 medal dəsti uğrunda mübarizə aparılacaq. Artıq 53 ölkə Oyunlarda iştirakını təsdiqləyib.

3500

IV İslam Həmrəyliyi Oyunlarında təqribi 3 500 idmançı yarışacaq.

17, 3

Oyunlarda 17-si olimpiya, 3-ü qeyri-olimpiya olmaqla 20 idman növü təmsil ediləcək.

500 000

"Bakı-2017"ni tribunalardan təxminən 500 000 min nəfər izləyəcək.

722, 5544, 15 000

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək atletlər və nümayəndə heyətlərinin məskunlaşacağı Atletlər kəndində 722 mənzil, 5544 çarpayı olacaq. Hər gün 15 000 nəfərlik yemək hazırlanacaq.

169,144, 10

Oyunlarda 169 taksi, 144 avtobus və 10 minibus fəaliyyət göstərəcək. Orta hesabla 2 milyon km məsafə qət etmiş 646 nəfər sürücü çalışacaq.

90

AİHOƏK-də hazırda işləyənlərin təxminən 90%-i azərbaycanlılardan ibarətdir. Əməkdaşlar arasında kişi və qadınların nisbəti təxminən 50/50 civarındadır. Yerli işçi qüvvəmizin təxminən 75%-i "Bakı-2015" Oyunlarının komandasının da üzvü olub.

6000

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları keçirildiyi vaxt 6000 könüllü fəaliyyət göstərəcək.

8

Oyunların 8 rəsmi tərəfdaşı, elan edilmiş 10 rəsmi dəstəkçisi olacaq. "Bakı-2017"nin əsas yayım şirkəti Beynəlxalq İdman Yayım Şirkəti (ISB) ilə tərəfdaşlıq edən Bakı Media Mərkəzidir.

650-700

"Bakı-2017"nin əsas məqamlarını təqribən 650-700 reklam agentliyi nümayiş etdirəcək.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə