Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo "Barselona" futbol klubunun səfiri təyin olunub. SİA-nın məlumatına görə, bu barədə Kataloniya klubu məlumat yayıb. Bildirilir ki, məşhur futbolçu ilə razılığa gəlinib və Ronaldinyo qarşıdakı illərdə "Barselona"nı müxtəlif tədbir və mərasimlərdə səfir kimi təmsil edəcək. "Barselona"nın yeni reklam üzü olacaq Ronaldinyo klubun dünya üzrə təşkil etdiyi keçmiş futbolçularla oyunlarda da meydançaya çıxacaq.
Dünyanın ən yaxşı yarımmüdafiəçiləri arasında göstərilən 36 yaşlı "sambaçı" 2003–2008-ci illərdə "Barselona"da forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB