Nazir: “Formula 1 rəhbərliyində olan dəyişiklik Azərbaycan Qran Prisinə heç bir təsir etməyəcək”
"Ötən il Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran-Prisində yüksək səviyyədə əyləncə tədbirləri hazırlanmışdı. Bu, Azərbaycanda Formula 1 üzrə ilk yarış olduğu üçün reklam, tanıtım məqsədilə lazım idi. Bu il də Azərbaycan Qran-Prisində konsert proqramları üçün dünya səviyyəli ulduzla danışıqlar aparılır. Ancaq hələ müqavilə imzalanmayıb". SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
O dünya ulduzlarının qonararları haqqında danışıb: "Rəqəmlər heç kim üçün sirr deyil. Bu sahədə olan mütəxəssislərə məlumdur ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Kimi 30-50 min, kimi 300 min dollar qarşılığında çıxış edir. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonanar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq".
Nazir Formula 1 rəhbərliyində olan dəyişikliyin Azərbaycan Qran Prisinə heç bir təsiri olmayacağını vurğulayıb: "Yeni rəhbərliklə də əvvəlki qaydada işləyəcəyik. Onlarla çox yaxşı əlaqlərimiz var. Formula 1-in hazırkı səviyyəyə çatmasında Berni Ekklstounun müstəsna rolu var. Ancaq o, hissələrinin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 0,5 faiz saxlayıb. Hazırkı səhmdarlar onunla əməkdaşlıq etmək istəmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB