“Beşiktaş” sabiq futbolçusunu icarəyə götürüb

“Beşiktaş” sabiq futbolçusunu icarəyə götürüb

Çinin "Şanxay Şenxua" klubunun futbolçusu Demba Banın "Beşiktaş"a keçidi rəsmiləşib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi sabiq futbolçusunu icarəyə götürüb. Seneqallı hücumçu mövsümün sonunadək "Beşiktaş"da çıxış edəcək.

Qeyd edək ki, 2014-cü ildə "Çelsi"dən transfer olunan 31 yaşlı futbolçu 2015-ci ildə Çin klubuna satılıb. O, "qara qartallar"ın heyətində 44 oyuna 27 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə