Nazir: “Azərbaycan dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim edib” AÇIQLAMA
"Bu gün Gənclər gününün təsis olunmasının 20 ili tamam olur. Bu müddət ərzində çoxlu işlər həyata keçirilib". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ölkəmizdə gənclər sahəsində çoxlu tədbirlər həyata keçirilir: "Ötən il gənclər proqramına aid olan 150-dən çox tədbir təşkil olunub. Onların 30-u beynəlxalq tədbirlərdir. Azərbaycan dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim edib. Ötən gün Birləşmiş Millətlər Təşkilatının Gənclər Forumundakı hesabatda bu istiqamətdə aparılan işlər haqqında ətraflı məlumat verdik. Düşünürəm ki, gələcəkdə də görüləsi işlərimiz çoxdur".
A.Rəhimov bildirib ki, hazırda ölkəmizdə 300-dən artıq qeyri-hökümət gənclər təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir: "Ən böyük mükafatımız cənab Prezident tərəfindən 2014-cü ildə təsis olunan Gənclər mükafatıdır. 2014-cü ildən hər il 4 fəal gəncə bu mükafat təqdim olunub. Bu gün də biz bunun şahidi olacağıq. Mükafat gəncləri ruhlandırır, onları böyük işlərə cəlb edir.Hər zaman çalışırıq ki, gənclərlə bir yerdə olaraq onların bütün ideya və layihələrini həyata keçirməyə kömək edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB