“Barselona” ”Atletiko”nu məğlub edib

“Barselona” ”Atletiko”nu məğlub edib

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. SİA-nın məlumatına görə, Madridin "Atletiko" klubu öz meydanında "Barselona"nı qəbul edib. Görüş Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Barselona" 1:2
Qollar: Suares, 7 (0:1), Messi, 33 (0:2), Qrizmann, 59 (1:2)

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu bu gün keçiriləcək. "Selta" "Alaves"i qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə