Leverkuzen "Bayer"i türkiyəli futbolçusu Hakan Çalhanoğluna xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, buna yarımmüdafiəçinin ölkəsində keçiriləcək referendumda prezident üsul-idarəsinə "hə" deyəcəyini açıqlaması səbəb olub. Belə ki, Çalhanoğlu bir müddət öncə sabiq futbolçu Rıdvan Dilmənin başlatdığı referendumda "hə" deyilməsiylə bağlı kampaniyanı dəstəkləmişdi.
Bununla bağlı Leverkuzen klubunun mətbuat xidmətinin rəhbəri Dirk Mesk yerli mətbuata açıqlamasında futbolçuyla danışdıqlarını və ondan gələcəkdə siyasi məsələlərlə bağlı fikir bildirməməyi xəbərdar etdiklərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB