Türkiyə Superliqasında mübarizə aparan "Alanyaspor"un yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, "Alanyaspor" Safet Suşiçlə anlaşıb. Bosniyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Suşiç daha əvvəl Türkiyənin "İstanbulspor", "Konyaspor", "Rizespor", "Ankaraspor" klublarını çalışdırıb.
Xatırladaq ki, 19 turdan sonra "Alanyaspor" Superliqada 15-ci yeri tutur. Təhlükəli zonadan komandanı cəmi 1 xal ayırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB